27.08.2018

Xanım Merkelin erməni sevdası - Videofakt


Biz bilirsiniz niyə uduzmuşuq və belə də davam edir?!. Çünki bizdə milli qürur, milli mənlik deyilən bir şey yoxdu! Başa düşdüm, İlham Əliyevi sevmirsiniz, hakimiyyəti antidemokratik adlandırırsınız.
Siyasi məhbus, nə bilim nə... hamısını anlayıram! Heç kim məcbur deyil ki, kimisə sevsin və hər şeyin mükəmməl olduğunu desin. Desə belə, yalan olar! Amma bu alman (hamınızdan çox-çox üzür istəyirəm, bağışlayın məni) fahişəsi ilə görüşüb, kofe içib, siyasi məhbuslardan, medianın boğulmasından, insan haqlarından daha nələrdən-nələrdən danışanda, heçmi vicdanınız sızlamadı ki, deyəsiniz: “Ay xanım, sən o təyyarəndə bayrağını gəzdirdiyin Ermənistan bizim 1 milyondan çox insanımızın da haqqını tapdalayıb, bu gün də haqsız olaraq, Dilqəmlə Şahbazı girov saxlayıblar! Evimiz, elimiz obamız onlardadı. Bizim hesabımıza dövlət olublar! Axı sən, dünyanın güc dövlətinin başqanı, “demokratiya carçısısan”! Niyə bizim haqqımızı da tanımırsan?!.
Bağışlayın, çox üzür istəyirəm, sizin millət, dövlət sevginizə şübhə edirəm! Əgər siz bu ağzıayrıq arvada burda hökümətin etdikləriylə yanaşı, millətin dərdini də çatdırsaydınız, əlinizdən öpərdim! Amma etmədiniz! Mən artıq inanmağa başlayıram ki, sabah sizin ideologiya, sizin düşüncə hakimiyyətə gəlsə, erməniləri gətirib, başımızda oturdacaqsınız!