28.07.2018

Zaranın Bakıya gətirilməsinə münasibətim


Biz demirik, ermənilər Bakıya gəlməsin, deyirik ki, bir milyon insanımıza da şərait yaradın, gedib, məzarlarını ziyarət edə bilsin! Dilqəmlə Şahbazı da azad edin! Onların nə günahı var idi?! Öz torpaqlarına gedib, əzizlərinin məzarını ziyarət etmişdilər! Əgər, xalq diplomatiyası, sülh deyirsinizsə, bu qarşılıqlı olmalıdır, bir tərəfli yox! 
... Və ən əsası, “Zara Azərbaycanın təbliğatçısı olacaq” deyənlərədir sözüm: Biz o qədər acizik ki, Zaranın təbliğatına möhtac qalmışıq?!. Son hadisələr sizə anlatmalı idi ki, xaricdən mədət ummaq əvəzinə, öz içimizdə işləmək lazım idi! Azərbaycan xalqı ac qalar, susuz qalar, dözər, amma milli heysiyyatı ilə oynamağa dözməz! Müəllimlər, bu xalqa hörmət edin! Zaranı Bakıya dəvət edənlərə haqq qazandıranlar, otağınızda qoyduğunuz o üç rəngli bayrağın dalğalanması üçün bu gün də səngərdə oğlanlar can verir, analar, bacılar gözü yaşlı qalıb, fəryad edir!!! Ermənilərlə bizim dostluğumuz (hərçənd ki, tarix sübut edib ki, heç bir halda, bu xalqla dostluq mümkün olmayıb) yalnız və yalnız Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltdıqdan sonra başlaya bilər! İndiki halda heç bir sülhdən, xalq diplomatiyasından söz gedə bilməz və əmin olun ki, bütün bunların hamısı Azərbaycanın əleyhinədir!