16.08.2018

Etibar Məmmədov mənə dedi ki...


Azərbaycan haraya doğru gedir - Ölkə gündəmi


Türkiyəni nə gözləyir? - Türkiyəli ekspert Osman Özbaş şərh edir


Bu oyunda kim qazanacaq: Türkiyə yoxsa, ABŞ?!


Problemlərimizdən danışaq


Ekologiya postunda jurnalistə əl qaldıran polislər haqqında


Polisin bu özbaşınalığı barədə hələ də tədbir görülməyib - PAYLAŞAQ


Qarabağ mitinqi olacaqmı?..


Azərbaycan diasporasının Avropadakı fəaliyyəti


Şəhid ailələrinə və iş adamlarına müraciət


Biz Qarabağı niyə azad edə bilmirik?!


Türkiyə - Azərbaycan təşkilatları şəhid ailələri ilə bağlı layihəyə start verdi


Orxan Camal nədən öldürüldü? Gizli sirlər açılır


Əliyev - Ərdoğan qardaşlığı


1.08.2018

1 il, 4 gün...


Atamın əziz xatirəsinə...

Düz bir il dörd gündür ki, hər şey dəyişib. Ərköyünlüyüm keçib, elə bil bu müddət ərzində böyüyüb, qocalmışam . Əvvəllər elə zənn  edirdim ki, qocalıq çox uzaqdadır. Sən demə qocalıq da gözlə qaş arasındakı məsafə qədərmiş...
Bu bir il dörd gündə saçımın ağları da artıb, çənəmin üstündə iki-üç ağ tük qara saqqalımda par-par parıldayır. Hələ ruhumu demirəm... Ruhum yetim kimidir, kövrək, toxunsan ağlayacaq, ürəyimi yaşla dolduracaq.

Ata, yadındadır, bir vaxtlar 6 rəqəmini sevmirdim. Uşaqlıq edirdim, deyirdim 6 rəqəmi mənə düşmür. Amma sənin 60 yaşın olan günü elə yolda evə gələrkən, elə telefonumdaca, yubileyinə bir yazı yazmışdım. Özümə söz vermişdim ki, 6 rəqəmini ən azı, 70 yaşına kimi, mənə 60 yaşlı, başı uca dağlar kimi ağ olan atamı yaşatdığı üçün sevəcəyəm. Nə qədər səni istəsəm də bu yazı - pozu işində yazdıqlarımı sənə oxumağa utanardım. Həmişə anama oxuyardım. Bu dəfə də elə oldu. Anam səni çağırdı, yenidən utana-utana oxudum. Üzünü gizlədin amma gözlərindən  gizlin axan yaşları görürdüm.

Qiymət artımına ilk reaksiya


Girov qadınlar haqqında bilmədiklərimiz


28.07.2018

"Ermənilərlə birgə yaşamağa məhkumuq"


Zaur Qəriboğlunun bu dəfəki müsahibi D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğludur.

Azərbaycanı bölmək istəyən separatçılar niyə aktivləşiblər?!


Zaranın Bakıya gətirilməsinə münasibətim


Biz demirik, ermənilər Bakıya gəlməsin, deyirik ki, bir milyon insanımıza da şərait yaradın, gedib, məzarlarını ziyarət edə bilsin! Dilqəmlə Şahbazı da azad edin! Onların nə günahı var idi?! Öz torpaqlarına gedib, əzizlərinin məzarını ziyarət etmişdilər! Əgər, xalq diplomatiyası, sülh deyirsinizsə, bu qarşılıqlı olmalıdır, bir tərəfli yox! 

14.07.2018

Gəncənin icra başçısına meyxana həsr etdilər - Hansı mesajlar verildi?

"Reaksiya Media Group" MMC-yə daxil olan "ReaksiyaTV"internet televiziyasının efirində bu dəfə Zaur Qəriboğlu ilə Oktay Hacımusalı "Gəncənin İcra başçısına həsr olunan meyxanada hansı mesajlar verilib" mövzusu ətrafında söhbət gerçəkləşib.

11.07.2018

Gəncədə nə baş verir? VİDEO ŞƏRH

Bu gün Gəncədə baş verənlər məni çox üzdü! Diqqətimi çəkən bir məqamda odur ki, aksiyada  insanlar arasında “Allahu Əkbər” şüarları səsləndirilirdi. Həm də, aksiyanı nədənsə, ölkənin bu qədər media qurumları olduğu halda, İran meyilli bir saytın əməkdaşı işıqlandırırdı! Həm də bu özünü "jurnalist" adlandıran xanım "Burda polis zorakılığıdır, polislər insanlara qarşı zorakılıq edirlər" deyə, anons edirdi. Maraqlıdır, polis zorakılıq edirdisə, nədən, orda iştirak edən qruplaşmadan bir nəfər yox, məhz, iki polis əməkdaşı öldürülür?!

11.06.2018

Kimdir günahkar: ermənilər ya biz?!

Biz ta qədimdən bu günümüzə qədər millət olaraq, bir çox xüsusiyyətlərimizdə redaktə edib, dəyişsək də, əsas humanizm və qonaqpərvərliyimizi qoruyub, saxlamışıq. Dünyanın hər yerində bu xüsusiyyətin bir millətdə olması alqışlanır, lakin digər millətdən özünə qarşı olanda... Yəni, mənə hamı humanist yanaşsın, mən özüm yox! Məsələn, biz ölkəmizə gələn bir xarici vətəndaş görəndə, az qalır, ayağının altına qırmızı xalı sərib, evimizin başında oturdaq. Nədi - nədi öz ölkəsinə qayıdanda: "Azərbaycanlılar yaxşı xalqdı" desin, dünyada haqqımızda müsbət imic formalaşsın. Yüz ildir bu "müsbət imic" üçün etmədiyimiz qalmadı... Amma dünya nə bizi humanist bildi, nə də haqqımızı tanıdı... Bəlkə, münasibətimizdə problem var?! Heç bu haqda düşündükmü?..

6.06.2018

Müşfiqin "Oxu tar"ı necə "EveRest" oldu?

Mikayıl Müşfiqin abidəsinin ətrafını yenidən kim satdı?

Bu gün ənənəmə sadiq qalıb, axşam işdən sonra gəzintiyə çıxmışdım. Bu dəfə yolumu İzmir parkına doğru saldım. Dövlət Statistika Komitəsinin yaxınlığından keçəndə, Mikayıl Müşfiqin büstü qoyulan kiçik parkı  görüb, ayaq saxladım. Axı, bu gün (dünən) nakam şairin doğum günü idi. Büstün qarşısına güllər qoyulmuşdu, az - az da insanlar var idi. Əslində, insanlar çox da ola bilərdi.

5.06.2018

Cümhuriyyətin varisiyiksə... Gənclər birləşin!

"Azərbaycan tarixdə heç vaxt olmadığı kimi güclü dövlətdir". Bu fikirlər dövlət başçımız, Ali Baş Komandan İlham Əliyevə məxsusdur. Həqiqətən də tarixə nəzər yetirsək, görərik ki, bugünkü Azərbaycan heç vaxt olmadığı qədər gücə və qüdrətə sahibdir. Bu gün ölkəmiz inkişaf tempi ilə gedir. Düzdür, müəyyən çatışmamazlıqlarımız var. Amma hansı ölkə idealdır ki?!. Hərənin öz boyuna görə problemləri var. Əsas odur ki, bu gün Azərbaycan dünyada müstəqil ölkə kimi tanınır, öz dövlətimiz, öz bayrağımız var. Ən əsası isə sözünü bütün dünyada kəskin deməyi bacaran liderimiz var! Həm də elə bir lider ki, dəfələrlə çıxışlarında, "Biz 1918 - ci ildəki cümhuriyyətin varisiyik və həmin vaxtkı ərazilərimizi təmin etməyə də qərarlıyıq. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq da!" 

3.06.2018

İrəvansız 100 il... Gəncliyə müraciət




1918 – ci ilin 28 mayında Azərbaycan öz istiqlaliyyətini elan etdikdən bir gün sonra 29 may 1918 – ci il tarixdə Müsəlman Milli Şurası Tiflis şəhərində Həsən Bəy Ağayevin sədrliyi ilə sarayda iclas keçirir. İclas 3 nömrəli protokolla rəsmiləşdirilir. 

2.06.2018

Fəxri Xiyabandakı məzarlar - I yazı (Şəkilli izah)

Axşamlar "Azərbaycan" nəşriyyatından çıxır, piyada parlament prospektinə qədər yeriyir, ordan da yenidən nəşriyyata qayıdıram... Hər gün də I Fəxri Xiyabanın yanından keçir, dəmir hasarın arxasından boylanan heykəllərə baxıram. Bu heykəllər adi daş parçaları deyil. Hər heykəldə bir ruh - bir Azərbaycan yaşayır...
Bu dəfə Fəxri Xiyabana daxil olub, dəyərli böyüklərimizi ziyarət etdim.

1.06.2018

Rüstəm İbrahimbəyov kripto-gizli ermənidir

2015-ci ildə çəkilmiş “Qafqaz üçlüyü” filmi Rüstəm İbrahimbəyovun tarixi saxtalaşdırmaq, Azərbaycan xalqı haqqında dünya ictimaiyyətində yalnış fikir formalaşdırmaq cəhdidir. Dəfələrlə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə qarşı “yaradıcılıq” adı altında hücumlar etmiş Rüstəm İbrahimbəyovun əməlləri Azərbaycan xalqına nifrətinin göstəricisidir.