11.10.2017

Erməni “qardaşlığı”ndan millət sevgisinə doğru

Soydaşlarımız bir-birindən qəribə vərdişlər öyrənirlər. Çoxları ağız dolusu danışır ki, onlar bir zamanlar ermənilərlə dost, qardaş olmuşlar. Hətta gərəkəndə onların ağsaqqalarından məsləhətlər də alırmışlar. Bir sözlə, “kirvələr”lə heç bir problem yaşamamışlar. Biz isə, çağdaş Azərbaycan gəncliyi olaraq, üzümüzü onlara tutub deyirik: siz bu cür yalançı qardaşlığınızı, onların bizə qarşı sürdürdükləri milli düşmənçilikləri gözardı edərək yaşamısınız. Soydaşlarımıza qanlı faciələr yaşadanlarla necə qardaş olmusunuz – anlamaq çətindir.

 Biz bütün millətlərə olduğu kimi, ermənilərə də, keçmişi ötüb, səmimi qonşu kimi yanaşa bilərik. Ancaq xain erməni heç vaxt bizə normal qonşu kimi yanaşmayıb. Əksinə, bizə qarşı düşmənçiliklərini daim yeniləyiblər. Onlar dünyaya gətirdikləri körpələrinin qulaqlarına ilk pıçıldadıqları – “Türk sənin düşmənindir” sözü olub.
Xatırlayıram, işlə bağlı, əslən Qərbi Azərbaycandan (Ermənistandan) olan soydaşlarımızın bəziləri ilə söhbət zamanı danışırdılar ki: ermənilərlə bir yerdə “qardaş” kimi yaşadığımız zamanlarda onların bəzi davranışlarının fərqinə varmırdıq. Qonşu erməninin həyətinə gedib “samovar” çayı içərdik. Erməni qonşumuz hələ yenicə ayaq tutub yeriyən oğlan uşağının əlinə taxtadan düzəldilmiş avtomat silah verərdi. Sonra bizi göstərib: “bu sənin düşmənindir, vur onu” deyirdi. Bizim saf xalqımız da o zamanlar bunları zarafat kimi anlayırdı.
Sonralar Qaradağlıdan, Xocalıdan əsir düşmüş adamlarla da söhbətimiz olmuşdu. Onlardan eşidirdik ki, ermənilər hər gün orta məktəb şagirdlərini əsirlərin saxlanıldıqları yerə gətirirdilər. Bizimkiləri göstərib “düşmənlərimizdir” deyərək, məktəblilərə əsirlərin üzünə tüpürməyi, onları təhqir etməyi tələb edirdilər...
Hə, bəylər, nə deyirsiniz, bu cür insanlığa yad olan ermənilərin soyundan olanlarla qardaş olmuşuq?! Bu gün dünyanın yalançı düzəninin təsirinə düşüb, dönməz düşmənimizdən özümüzə yalançı qardaş uydurmaq həvəsinəmi meyil edirsiniz?! Alınmaz... Ona görə alınmaz ki, bu gün siz ermənini nə qədər özünüzün keçmiş qardaşınız bilsəniz də, faciələrimizi geri qaytarmaq mümkün deyil. Onlarla bizim “qardaşlığımız” Xocalıda qarnı cırılıb, bətnindəki körpəsi çıxarılan anaların fəryadı ilə, əsirlikdən işləmək adı ilə aparılıb qəbirstanlıqda heyvan kimi başları kəsilən oğlanlarımızın qanı ilə çoxdan başa çatmışdır.
Bu gün biz dünyadan ədalət gözləyirik. Bu bilirsiniz nəyə oxşayır?! Oğrudan oğruya şikayətə... Bütün bu faciələri bizə, Xocalıda, Qaradağlıda millətimizi məhv eləməklə erməni yaşadıb. Söz yox, bütövlükdə Qarabağdakı faciələri erməni, ədalət umduğumuz güclərin havadarlığı ilə həyata keçirib. Bu gün guya sülh danışıqlarında özlərini müstəqil tərəf kimi göstərən dövlətlər ermənini tarix boyu qoruyublar. Biz də, bu gün, onlardan problemin həllini istəyirik. Onların təsiri ilə bu faciəvi oyunlara Ermənistan – “Azərbaycan Dağlıq Qarabağ” münaqişəsi adı verilib. Bu sözün özü kökündən yalandır! Münaqişə sözü, bu boyda, dövlətlərarası problemi ifadə eləmir. Bu, Ermənistanın Azərbaycana qarşı vandalizim səviyyəsində həyata keçirilən müharibəsidir. Sadəcə bunu olduğu kimi deməyə sanki qorxuruq, ancaq nədən, bilmək olmur.
Bütün bu qlobal problemlərin fonunda öz içimizdə bir-birimizi necə də asanlıqla günhakar çıxara bilirik. Öz insanımıza qarşı az qala düşmən münasibəti sərgiləmək – böyük problemlərimizin də yolunu kəsir. Bir-birinə qarşı qısqanc yanaşmaq, irəli gedənə hər vasitə ilə badalaq gəlmək hər addımda rastlaşdığımız əməllərdir. Niyə axı hamımız vətəndən danışanda ağız dolusu özümüzdən razılıq hissinə qapılırıq. Balaca bir iş görəndə onu bayraq edib minnətə çeviririk. Axı vətən üçün iş görmək mənəmliyə qulluq eləməməlidir. Vətən anamız kimidir, anamıza elədiyimizə görə təmənna ummadığımız kimi, vətənin də haqqını qaytarmalı deyilikmi?! Bir iş görüb vətəni özümüzə borclu saymaq günahdır. Bunların hamısı ordan irəli gəlir ki, 25 ildir müstəqil dövlət qursaq da, özümüz müstəqil ola bilmədik. Düşüncəmizi müstəqilləşdirə bilmədik, şürumuzu işğaldan azad edə bilmədik. Ona görə torpağımızı da azad edə bilmirik. Bu gün hər bir insanımızın milli olmağa ehtiyyacı var. Milli düşüncəyə yetəcəyiksə, millət də olacağıq. Tərsinə, xarici qüvvələrin təsirində milli düşüncədən uzaqlaşacağıqsa millət olmağımız da dalana dirənəcək. Əslində bizə qarşı olan qüvvələr elə bunun üçün çalışırlar.
 Bu böyük problemlərin kontekstində istəyirəm bir məsələyə toxunam. Bu gün haqqı çatan, çatmayan hər kəs İbad Hüseynovun üstünə düşüb ki, döyüşdə filan düşməni sən öldürməmisən, mən öldürmüşəm, heç sən ona yaxın düşməmisən. Baxın, belə bir münasibətlə vətənə bağlılıq doğrulmaz. Bu hal qıraqdan çox pis görünür. İzləyənlər düşünməzlərmi ki, bunlar bir-birini nəyin üstündə qırırlar?! Əzizlərim, belə şeylərə görə bir-birimizi ittiham eləmək vaxtımız deyil. Şəxsən mən I Qarabağ döyüşlərində bu vətən üçün düşmənə bircə güllə sıxanın belə əllərindən öpürəm. Nə olar, siz də başqa cür düşünməyəsiniz. İbad kimi öldürüb, öldürməyib, bu məsələnin başqa tərəfidir. İbad da sizin kimi bu vətən üçün vuruşub və sağlamlığını itirib. İbad yalançıdır, doğurçudur, bu mənim üçün maraqlı deyil. Yenə deyirəm bu vətən üçün zərrə qədər xidməti olan hər kəs mənim üçün əzizdir.
Bu gün bizim əsas məqsədimiz düşmənin hiyləsinə qarşı birləşmək, dövlətimizin varlığını qorumaqdır. Boynumuza alsaq da, almasaq da, bu gün ölkəmizin durumu ağırdır. İnsanlarımız işsizlikdən, məmurların onlarla ədalətsiz davranışlarından əziyyət çəkirlər. Hər yerdə məmur özbaşınalığı, özünü xalqdan üstün tutması bütün sərhədləri aşmaqdadır. Bunlara baxmayaraq, biz dövlətimizin ləyaqətini qorumalıyıq. Dövlətlə hakimiyyət fərqli anlayışlardır. Mən dövlətçiliyimizi sevəndə çoxları elə bilirlər hakimiyyətin mənafeyini qoruyuram. Bunu niyə eləyim ki, çalışmalarıma görə bu hakimiyyətdən heç bir maddi, mənəvi dəstək görməmişəm. Vətənə sevgim də hansısa mükafata görə deyil. Bunu özümə borc hesab edirəm. Hətta bu gün kimlərinsə təzyiqlərinə baxmayaraq, vətənə, dövlətçiliyə xidmət mənim üçün qürurvericidir. 2010-cu ildən bəri Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün əlimdən gələn eləmiş, imkanım yetən qədər çalışmışam. Bunları danışmaq istəmirəm. Görən görür, görməyən də özü bilər. Məsələ bunda deyil. Torpağımızın işğal altında olması hər birimiz üçün qeyrət məsələsidir. Əsirlikdə olan oğullarımız, qız-gəlinlərimiz hər birimizin şərəfimizə, namusumuza aiddir. Bunları dərk eləməyimiz üçün özümüzü dərk eləməliyik. Bunun əvəzinə bir-birimizə düşmən münasibət sərgiləməklə həqiqi düşmənə yeni fürsətlər tanımış oluruq... 
Zaur Qəriboğlu