12.06.2012

Səsli şeir

Əliləm
(Cizgilər)

Mən sol tərəfinin
Solu – yarısı
Əliləm,
əlil...
Sağ gözü görən,
Solu kor olan,
Sağ əli çalışıb,
Solu quruyan,
Sağ burun dəliyindən nəfəs alan
Əliləm,
Solundan əlil...
Düşünürsənmi,
Para beyinlə düşünür,
Bir ayaqla yeriyir,
Yarı ürəklə yaşayıram?!
Eh...
Əgər, buna yaşamaq demək olarsa...
Sudan çıxarılıb,
Çabalayıb,
Suya dönmək istəyən balığa,
Birqanadlı şahinə bənzəyirəm...
Duyursanmı ki,
Yarı insanam mən?!
Yarısından əlil,
Yarı insan!
Ruhu parçalanmış,
Yarım ruh insan gördünmü sən?..
Bax, mənəm!
Nə qəzada,
Nə də fəlakətdə
İtirmədim sol yanımı.
Səndən sonra...
Sol tərəfimi,
Sol ruhumu itirdim...
Ruhumun solu,
Geri dön,
Solsuz soluram...
Tükənir, məhv oluram...
Geri dön,
Solum!..
Sağı yaşadan soldur,
Solum,
Geri dön!..
Qurbanın olum!..

07 Aprel 2012,
Bakı.


3 yorum:

  1. Sheiri profilinde oxuyan gun cox tesir elemishdi mene...
    Sesinde o qeder keder var ki, Zaur, elacsiz insanlar kimi, ele bil ureyin, solun, hec geri donmeyecek
    Cox uzaqlara cekib aparir adami,xususen de denizin sesi...

    YanıtlaSil
  2. Şeirle ilk tanışlıqda ve defelerle rastlaşdıqda eyni teessüratı qoruyursa, unudulmaz bu şeir. Sizin qiraətiniz, səs tembriniz tesirsiz ötmədi. Təəssüf ki, gözəl yaradıcılıq nümunələri heç də asan başa gəlmir. Çətin və əzablı hisslərdən doğan işlər də adi ola bilməz. Sizin şeirləriniz , ruhunuz mənə yaxındır. Yazın, daim yazın... Qətiyyən onları kənarlaşdırıb, unutmayin, yazın.

    YanıtlaSil
  3. SUPER IFA COX XOW OLDU SIZIN IFANIZDA WEIRLERINIZI DINLEMEYOXUYANDA BIR OQEDER TESIR ETMIR AMMA SIZIN IFANIZDA COX TESIR EDIR UREYINIZE SAQLIQ!!!!!!!!!!!!!!!!!!!!!

    YanıtlaSil