11.06.2012

Qatil (Cizgilər...)


Qatil!

Bu adı qazananlar çoxdur:
Dost qa­tili, ata-ana, qardaş-bacı qatili...
Bun­lar hamısı məhkəmə qarşısına çıxan qa­tillərdir.
Fəqət, yeganə qatil var ki,
Onu hakim cəza­landırmaz.
Bu da sənsən!..
Sən, ruh qatili...
Sən ruhumun qatilisən!
Sən sevgimin qa­ti­li­sən!
Sən duyğularımın,
Xəyallarımın qatili­sən.
Sən qatilsən!
Sən ilk görüşdə həyəcandan tit­rəyən             əllərin,

Gözlərinə utanıb baxa bilmə­yən,
Gözlərin qatilisən!
Sən qatilsən,
Dəniz kənarındakı görüşü­müz­də daş atıb,
Hürkütdüyün qağayıların qati­lisən!
Sən qatilsən...
Üzərində sevərək gəzdiyimiz,
Evinizə ge­dən yolun qatilisən!
Qorxma, nədən qorxur­san?!
Bu sadəcə mənim səsim,
Bu sadəcə mənim səndən şikayətimdir.
Baxan yoxdu amma bu şikayətə...
Keçmişimin qatilisən sən!..
Keçmişimin qatili!..

28 Noyabr 2010,

Bakı.