9.06.2012

Ölümü axtarıram (Cizgilər...)


28 mayda,  
Cəfər Cabbarlının heykəlinin qabağnda,
Ölümü axtarıram mən.
Ətraf doludur
Müştərisini gözləyən fahişələrlə,
Ac-yalavac diləndirilən,
Dilənçilər,
Maşın təkəri qaraldan uşaqlarla...
Quşlar da boldur,
Yerdə yem tapa bilməyən,
balaca sərçələr,

Cabbarlının daşlaşmış çiyinlərinə qonurlar.
Daha çörək, dən yox,
Daş heykəl yeyir sərçələr...
Yavaş-yavaş insanları itirib,
Adamla dolur küçələr.
Bu küçələrdən ölüm qoxusu dolur içimə...
İçimdən öldürür məni.

11 Oktyabr 2011,
Bakı.