9.06.2012

Bağışlayın


Əlimin,
Daha doğrusu şəhadət barmağımın altında
Can verdin.
Nə son xırıltını eşitdim,
Nə gözünün son nurunu gördüm...
Bircə onu gördüm ki, əridin,
Öldün!
Hər ölüm səs-küyə səbəb olsa da,
Sənin ölümün
Özün kimi
Kiçik və səssiz oldu.
Qınadım özümü:

- Aman Allah, 
Mənə vəhşiyəmmiş...
Öldürmək istəmədiyim birini
əritdim əlimin altda...
Bu nə işdir gəldi başıma,
Mən indi qatilmi oldum İlahi?!
Bir canlının həyatına son verdim.
İndi bəlkə də,
Yolunu gözləyən anası, atası,
Bəlkə də, 
Zəhmət, həyat yoldaşı,
Çoluq-cocuğu yolunu gözləyəcək...
O isə gəlməyəcək...
Çünki dedim axı,
Masamın üstündə toza döndü...
Daha əzizləri qarşılarına qoyub,
Ağlamağa meyidini də tapmayacaqlar...
Demək, bir canlı ölümü 
Faciədir bəşərdə.
Mən bunu bilə-bilə
Niyə etdim axı?!
Şeytanmı girlədi məni?
Bir qarışqa yarada bilməmişəm,
Niyə öldürdüm bir qarışqanı mən axı?!
Ruhundan, 
ailəndən üzür istəyirəm,
Bağışlayın məni!


01 May 2012,
Bakı.

4 yorum:

  1. Bu şeirinlə kiçik qarışqanı öldürdün,amma bəşəri hisslərimizi də ayıltdın

    YanıtlaSil
  2. Allah hec birimizi qatil olmaq derecesine getirmesin, ferqi yoxdur, ya insan, ya da bir canlinin qatili

    YanıtlaSil
  3. Hər ölüm səs-küyə səbəb olsa da,
    Sənin ölümün
    Özün kimi
    Kiçik və səssiz oldu.

    Kiçik və səssiz ölümlər !!!

    YanıtlaSil
  4. qarışqadan böyük olsaq da ,bizdən böyük olan varlıqdan kiçiyik.

    YanıtlaSil